Polşa 2029-cu ildə qadınlar arasında təşkil olunacaq Avropa çempionatına ev sahibliyi etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyası məlumat yayıb.

 

Qurum bunun üçün UEFA-ya ərizə də təqdim edib.

 

Qeyd edək ki, İsveç və Danimarka da 2029-cu ildəki turniri birlikdə keçirmək niyyətindədir. Bununla bağlı qərar 2025-ci ildə veriləcək.