"Betis"də çıxış edən yarımmüdafiəçi İsko ayağındakı sınıq səbəbindən əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:

 

"İsko Madriddə sol fibulasının sınığından sonra əməliyyat olunub. Sınıq sahəsi təmizlənib. O, stresssiz ilkin mərhələyə ehtiyac duyacaq, bundan sonra reabilitasiya mərhələsindən keçəcək".

 

Qeyd edək ki, 32 yaşlı ispaniyalı futbolçu ötən mövsüm "Betis"in heyətində 36 matçda iştirak edib, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qaldıb. O, İspaniya La Liqasının 36-cı turunun "Las Palmas"la oyununda (2:2) ayağını qırıb.