Cüdo üzrə Dünya Turu Abu-Dabidə davam edəcək. Sport24.az xəbər verir ki, Zaqrebdəki Qran-Pridən sonra növbəti böyük reytinq turniri BƏƏ-də keçiriləcək.

 

Oktyabrın 11-13-də baş tutacaq "Böyük dəbilqə" turnirində 17 komanda iştirak etmək üçün qeydiyyatdan keçib. Azərbaycan Cüdo Federasiyasının da yarışda iştirak üçün müraciət edəcəyi gözlənilir.

 

Bu il Abu-Dabi dünya çempionatına ev sahibliyi edib və Azərbaycan yığması Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) sayəsində iki qızıl medal qazanaraq tarixi nəticəyə imza atıb.

 

Təqvimdə növbəti yarış dekabrın 3-7-də Tokioda keçiriləcək "Böyük dəbilqə"dir. Təl-Əvivdə də eyni turnir təşkil olunacaq, lakin onun tarixləri hələ müəyyənləşməyib.