"Gəncə" voleybol klubu legioneri ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, barbadoslu hücumçu Şonte Seal bölgə klubunun düşərgəsini tərk edib.

 

O, karyerasını Albaniyada davam etdirəcək və burada "Poqradeçi"nin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, bu Sealın karyerasına başladığı ABŞ-dən kənarda ikinci klubu olacaq.