Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan "Sumqayıt" heyətini yeni oyunçularla gücləndirib. Sport24.az xəbər verir ki, klub Türkiyənin "Ormanspor" klubunda oynamış Saadettin Donatla 1 illik müqavilə imzalayıb.

 

"Kimyaçılar" ötən mövsüm "Neftçi"nin formasını geyinən Zaur Quşanovu da heyətinə qatıb.

"Sumqayıt" ötən mövsüm komandada çıxış edən İsmayıl Əliyevlə də müqaviləni yeniləyib.