Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutacaq.

 

"Kəpəz" Tovuz şəhər stadionunda "Şamaxı"nı qəbul edəcək. 5 oyundan sonra xal qazana bilməyən Gəncə təmsilçisi uğursuz seriyaya son qoymağa çalışacaq. "Şirlər" isə ardıcıl 3-cü qələbəsini rəsmiləşdirmək üçün meydana çıxacaq.

 

Qeyd edək ki, oyunun start fiti saat 17:00-da sələnəcək.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

17:00. "Kəpəz" - "Şamaxı" 0:2 (2-ci hissə)

Qollar: B.Konate, 16. G.Kantarriya, 19

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz. Şəhər stadionu.

"Kəpəz": 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko (k), 19. Lassana Ndiaye, 77. Viktor Braqa

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Dioqo Verdaska, 28. Redon Mihana, 10. Karim Lkouça

"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke