"Abşeron" heyətini daha bir basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Hüseyn Məmmədovla 1 illik müqavilə bağlanıb.

 

Gənc oyunçu ötən mövsümü "NTD-İndiqo"nun (hazırki "NTD Bakı") heyətində keçirib.

 

Qeyd edək ki, 16 yaşlı Hüseyn U-16 və U-18 milli komandalarının heyətində çıxış edir.