"Bilirdik ki, bizi çətin oyun gözləyir".

Sport24.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

 

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının VII turunda "Kəpəz" üzərində qazanılan qələbəni şərh edib:

"Kəpəz" üçün hər matç geridönüş etmək üçün fürsətdir. Futbolçularıma təşəkkür edirəm. İlk 15 dəqiqədə möhtəşəm mübarizə apardılar. Düzdür, çoxlu qol epizodlarından yararlana bilmədik. Amma bu, normaldır. Çox mühüm 3 xal qazandıq. Bundan sonra daha da çətin olacaq. Yolumuza davam edəcəyik".

Qeyd edək ki, ilk hissədə 2 dəfə fərqlənən "Şamaxı" 2:0 hesabını sonadək qoruyub.