"Araz-Naxçıvan" elitaya vəsiqə qazanandan çempionata rəng qatmağı bacarıb. Komanda baxımlı və mübariz oyunu ilə diqqət çəkir". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

 

Ötən il olduğu kimi "qırmızı-ağlar" 2024/25 "futbol ili"nə də uğurlu başlayıb. Elmar Baxşıyevin çalışdırdığı kollektiv 6 turdan sonra 10 xalla 4-cü pillədə qərarlaşıb. Onu da qeyd edək ki, Muxtar Respublika təmsilçisinin "Zirə" ilə oyunu təxirə salındığından komanda 5 oyun keçirib.

 

Qeyd etdiyimiz kimi Naxçıvan klubu ötən il də çempionata yaxşı start vermişdi. Ancaq qışdan sonra kollektiv üzmidləri doğrultmadı və sonda arzulanan avrokubok zonasından uzaq düşdü. Görəsən, eyni ssenari bu mövsüm də təkrarlanmayacaq?

 

Məşqçilər Komitəsinin sədrinin fikrincə, "Araz- Naxçıvan"ın bu mövsüm eyni səhvləri təkrarlamayacaq: "Ötən mövsümdə "Araz-Naxçıvan" çoxlarının gözləmədiyi halda boyunda hündürə tullandı. Onlar bir müddət ilk "3-lük"də də qərarlaşdı. Sadəcə, bir qədər təcrübəsizlik, yorğunnluq onlara tempi qorumağına imkan vermədi. Buna rəğmən onlar kreativ futbol sərgiləməyə davam etdi. Bu ildə naxçıvanlılar pis çıxış etmir. Hazırda komandada Elmar Baxşıyev kimi savadlı məşqçi və heyətdə keyfiyyətli oyunçular var. Son iki oyunda komanda qələbə qazanmaqla yanaşı, oyun planında da artırdığı görünür. Demək ki, Elmar müəllim futbol fəlsəfəsini yetirmələrinə açılaya bilib. Fikrimcə, baş məşqçi "Qəbələ"dəki uğurundan da yaxşı nəticəni Naxçıvan təmsilçisində göstərəcək. Ötən mövsümdən komanda yaxşı dərs çıxarıb. Ona görə də düşünmürəm ki, "Araz-Naxçıvan" bu il də eyni səhvi təkrarlayar. Əksinə, Naxçıvan klubunun uğurlu çıxış edəcəyinə inamım böyükdü".