"Maliyyəsi ortabab olan komandalar, o cümlədən "Araz-Naxçıvan" qısa müddətli uğurlar qazanır. Yəni, mövsümün əvvəlində uğurlar qazanır, amma çemionat marafonunun gedişində büdrəməyə, zəifləməyə doğru gedir. Çünki büdcə dayanıqlığı yoxdur. Müasir futbolun başlıca şərti güclü maliyyənin olmasıdır. Pul varsa, səviyyəli oyunçular gətirmək də rahat olur. Reallıq odur ki, 2-3 min manata arzu olunan futbolçu transfer etmək olmur. Təbii ki, istisna hallar olur. Bəzən çox ucuz qiymətə də yaxşı futbolçu tapmaq mümkündü. Amma bu çox nadir hallarda baş verir. Odur ki, "Araz-Naxçıvan"ın bütün çempionat boyu qələbələr sıralayıb, irəliləyəcəyini gözləmək düz deyil". Bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Aslan Kərimov deyib.

 

Mütəxəssisin fikrincə, Elmar Baxşıyevin komandası qışdan sonra bu tempi qoruya bilməyəcək: "Əlbəttə ki, qışa qədər mübarizlik göstərib ilk "5-lik"də qalmaq potensialları var. Amma Premyer Liqanın ikinci hissəsində bütün komandalar tam gücünü ortaya qoyacaq. Muxtar Rüspublika təmsilçisi ancaq qışda səviyyəli transferlər etsə, uğurlu qrafik cıza biulər. Ümumi götürəndə çempionatın ilk 6 turuna və komandaların sərgilədiyi oyuna görə qiymət versək, naxçıvanlıların autsayder olmayacağını əminliklə demək olar".

 

Qeyd edək ki, VI turdan sonta 5 oyun keçirən "Araz-Naxçıvan" 10 xalla 4-cü pillədə qərarlaşıb.