Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

 

Mərasim "Alov Qüllələri" kompleksinin "Fairmont" hotelinin "Nizami Gəncəvi" zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.

 

Tədbirə bütün media nümayəndələri dəvətlidir. Azərbaycan Kubokunun 2024/25 mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək.

 

Qeyd edək ki, püşkatma mərasimi "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.