15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Özbəkistan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub. 

 

Qeyd edək ki, Azərbaycan milli komandası turnir çərçivəsində son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək. Millimiz ilk oyununda Belarusa 1:8 uduzmuşdu.