"Neftçi" futbol klubu Qara Qarayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Sport24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

 

Komanda təcrübəli yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Qarayev "Neftçi"nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub.