"Sumqayıt"ın futbolçusu İsa Suliman "Asiya Futbol Mükafatları"nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Sentyabrın 25-də İngiiltərənin "Uembli" stadionunda keçiriləcək tədbirdə futbolçunun rəqibləri Yan Dhanda ("Harts", Şotlandiya) və Hamza Çodhuri ("Lester", İngiltərə) olacaq.

 

Qeyd edək ki, Suliman Pakistan millisinin mərkəz müdafiəçisidir.