Braziliyanın "Santos" futbol komandasının ulduzu Neymar gözlənilməz hərəkəti ilə diqqət mərkəzinə düşüb. Təcrübəli hücumçu heç bir izahat vermədən komandanın növbəti məşqinə gəlməyib. Sport24.az xəbər verir ki, hazırda klub rəhbərliyi braziliyalı futbolçunun harada olduğunu aydınlaşdırmağa çalışır.
Klub rəsmiləri məsələ ilə bağlı oyunçunun nümayəndələri ilə danışıqlar aparır.
Hələlik Neymarın məşqi buraxmasının səbəbi və harada olması barədə rəsmi məlumat yoxdur.