Minifutbol üzrə Azərbabycan milli komandası Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub. Sport24.az xəbər verir ki, Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.

 

Millimiz burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

 

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.