"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 34-cü turunda "Kristal Pelas" üzərində 3:1 hesablı qələbə qazanılan oyunda aldığı bud əzələsi zədəsinə görə mövsümün qalan hissəsini buraxacaq. Bu barədə "Reuters" Misir milli komandasının direktoru İbrahim Həsənə istinadən məlumat verir.
Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan 33 yaşlı futbolçu bir daha "qırmızılar"da oynamayacaq.
Həsənin sözlərinə görə, Salah Dünya Çempionatına qədər hazır olacaq. Misir millisi mundialda Belçika, Yeni Zelandiya və İranla G qrupunda yer alır.
Bu mövsüm hücumçu 39 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.