Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Botev"lə qarşılaşıb.
Matç "Arda"nın məğlubiyyəti ilə başa çatıb – 0:2.
Cəlal oyuna ehtiyatda başlayıb. O, ikinci hissədə meydana daxil olub.
"Arda" 31 turdan sonra 44 xalla 7-ci sıradadır.