"Qarabağ" Kipr təmsilçisi "Pafos"un qapıçısı Cey Qorteri transfer etmək imkanlarını araşdırır. Sport24.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

 

25 yaşlı qolkiperin polşalı Mateuş Koxalskini əvəzləyəcəyi gözlənilir.

 

Niderlandın "Qo Ehed İqls" klubu da Cey Qorterlə maraqlanır.

 

Qeyd edək ki, niderlandlı qapıçı karyerası ərzində Ayaksın formasını da geyinib. O, cari mövsüm "Pafos"la Kipr çempionatında 13, UEFA Çempionlar Liqasında isə 2 oyunda iştirak edib.