"Neftçi" PFK-da istefa rəsmiləşib. Sport24.az xəbər verir ki, klub idman direktoru Yens Anderssonla müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-cü ilin sentyabrından klubda çalışan Anderssona "Neftçi"dəki fəaliyyətinə görə təşəkkür edilib.

Məlumatda bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirilib, Yens Anderssona gələcək karyerasında uğurlar arzulanıb!