Çimərlik futbolu üzrə Azərbaycan yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub. Sport24.az xəbər verir ki, millimiz A qrupunda yarışacaq.

 

Komandamızın rəqibləri İspaniya, İngiltərə və Gürcüstan olacaq. Seçmə mərhələsində 24 yığma 4 vəsiqə uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, qrup oyunlarına İspaniyanın Kadis şəhəri evsahibliyi edəcək.