"Gimnastika hamı üçün" növü üzrə Azərbaycan komandası Ulan-Batorda (Monqolustan) 6-cı Asiya Gimnastradasında iştirak edib. Sport24.az xəbər verir ki, komanda çıxışına görə medallarla təltif olunan gimnastlarımız, həmçinin xüsusi "tamaşaçı mükafatı"na da layiq görülüb.

 

Ruslan Eyvazovun məşqçisi olduğu komandanın heyətində Fidan Bədəlova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Ellada Qardaşəliyeva, Əlfiya Mantova, Humay Qafarova, Şahana Cəfərova, Darya və Anastasiya Kşnyakinlər yer alıb.