"Bu il I Liqa daha çətin və maraqlı keçəcək. Məncə, aşkar autsayder deyə biləcəyimiz komanda yoxdu". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Həşimov deyib.

 

Gənc mütəxəssis komandasının çempionata hazırlığı barədə də söz açıb: "Var qüvvə ilə çempionata hazırlaşırıq. Futbolçular nikbindilər və uğura kökləniblər. İlk turda bizi çətin Yevlax səfəri gğzləyir. Əsas istəyimiz "Karvan"la oyunda uğurlu nəticə qazanmaqdı. İlk görüş hər nə qədər çətin olsa da, məqsədimiz Yevlaxdan 3 xalla dönməkdi".

 

Qeyd edək ki, "Karvan" - "Qaradağ Lökbatan" matçı sentyabrın 11-də keçiriləcək. 

ABDULLA İSMAYILOĞLU