İtaliya millisinin futbolçusu Rikkardo Kalafiori zədələnib.

Sport24.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Fransaya 3:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının matçında sıradan çıxıb.

O, görüşün 71-ci dəqiqəsində rəqib oyunçu Usman Dembele ilə toqquşub. 71-ci dəqiqədə əvəzlənən Kalafiori topuğundan zədə alıb.