Fransanın paytaxtında keçirilən Paris-2024 Paralimpiya Oyunları davam edir. Sport24.az xəbər verir ki, paraüzgüçü Raman Saley (S12 kateqoriyası) növbəti medal uğrunda mübarizəyə qoşulub.

 

O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc qazanıb. 58,13 saniyəlik nəticə göstərən paraüzgüçümüz finiş xəttinə üçüncü çatıb. Bu, onun yarışlarda 3-cü medalı olub.

 

Qeyd edək ki, Roman Saley bunadək Parisdə 1 gümüş və 1 bürünc medal qazanıb.