"Xırdalan" fəaliyyətini "Abşeron" basketbol klubu olaraq davam etdirəcək. Sport24.az xəbər verir ki, 2024/2025 mövsümündə komanda Abşeron Olimpiya idman kompleksində məskunlaşacaq.

 

Kompleks Azərbaycan Basketbol federasiyasının dəstəyi ilə təmir olunaraq klubun ixtiyarına verilib. Arenada parket örtüyü, səbətlər və digər texniki qurğular standartlara cavab verən şəkildə yenilənib. Kompleks ölkə çempionatı oyunlarını qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.