"Sabah" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev "Qarabağ" klubundan transfer edilib.
Azərbaycan milli komandasının üzvü ilə iki illik müqavilə bağlanıb.
Aleksey daha öncə də "Sabah"ın uğurları üçün çalışıb. O, 2020-2024-cü illər aralığında Masazır təmsilçisinin üzvü olub. 29 yaşlı futbolçu "Sabah"da ümumilikdə 108 oyun keçirib, 12 qol vurub.