"Sumqayıt" Kamran Quliyevlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı hücumçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Kimyaçılar" futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Kamran Quliyev 2023-cü ilin yayından "Sumqayıt"da çıxış edirdi. U-21 millimizin sabiq üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.