"Səbail" hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi Ali Babaeini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvardla 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ali Babaei son olaraq Kosovo təmsilçisi "Dukagjini"də çıxış edib. İranlı futbolçu ötən ilin sentyabr ayında bu klubdan ayrılıb.