Sentyabrın 11-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Sport24.az bildirir ki, imtahanda Şimal bölgəsindən olan 202 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.