"Qalatasaray"ın futbolçusu Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçini "Orenburq"a icarəyə verib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

21 yaşlı futbolçu bir mövsüm Rusiya klubunun formasını geyinəcək. 

 

Qeyd edək ki, sol cinah müdafiəçisi olan Kazımcan Karataş ötən mövsümün ikinci yarısını icarə əsasında "Ankaragücü"də keçirib.