"Çelsi"nin sabiq baş məşqçisi Tomas Tuxel "Mançester Yunayted"in baş məşqçisi ola bilərmiş. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Tərəflər əməkdaşlıq haqqında danışıqlar aparıblar, lakin "qırmızı şeytanlar"ın transfer siyasəti ilə bağlı fikir ayrılıqları səbəbindən sövdələşmə baş tutmayıb. Tuxeli ingilislərin planlaşdırdığı keçidlər qane etməyib.
Qeyd edək ki, alman məşqçinin son iş yeri "Bavariya" olub.