İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib. Sport24.aaz xəbər verir ki, Pablo Barrios sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı yarımmüdafiəçi komandanın məşqi zamanı ayaq əzələləsindən zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

 

Qeyd edək ki, Pablo Barrios 2017-ci ilin yayında "Real"ın akademiyasından "Atletiko"ya keçib. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.