"Liverpul"un müdafiəçisi Vircil van Daykın gələcəyi müzakirə mövzusu olaraq qalır. Sport24.az "Football Insider"-ə istinadən xəbər verir ki, Mersisayd klubu niderlandlı futbolçuya yeni müqavilə təklif etmək niyyətindədir. "Qırmızılar" kapitanını daha uzun müddət saxlamaq istəyir.
33 yaşlı müdafiəçinin hazırkı klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, Van Dayk 2018-ci ilin əvvəlində "Liverpul"a keçib. O, bu müddət ərzində müxtəlif turnirlərdə 273 rəsmi oyun keçirib, 23 qol vurub və 12 məhsuldar ötürmə edib.