"Turan Tovuz" yeni mövsümə hazırlığın Türkiyə mərhələsini başa vurub. Sport24.az xəbər verir ki, Kurban Berdıyevin komandası bu gün Azərbaycana qayıdacaq.

 

Qeyd edək ki, "Turan Tovuz" qardaş ölkədə "Pendikspor"la (0:0) və "Adana Demirspor"la (3:3) heç-heçə edib. "Kocaelispor"la nəzərdə tutulan oyun isə tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.