18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunda son matçında Ermənistanla görüşəcək.
Hər iki komanda yarımfinala vəsiqəni təmin edib. Bu qarşılaşma B qrupunun liderini müəyyənləşdirəcək. Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl ikinci qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.
Avropa çempionatı, C divizionu
B qrupu, III tur
25 iyul
18:00. Azərbaycan – Ermənistan
Tomorr Sinani İdman Sarayı