"Şamaxı" təlim-məşq toplanışı dönəmində son yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, "şirlər"in  rəqibi Küveytin "Əl-Yarmuk" klubu olub.

 

Oyun Ayxan Abbasovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Conatan Benteke dubl müəllifi olub. 

 

Qeyd edək ki, "Şamaxı" bundan əvvəl "Kəpəz" (2:1), "Pelikan"la (5:0) və "Cəbrayıl"la (4:0) keçirdiyi yoxlama görüşlərində də qələbə qazanıb.