İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb. Sport24.az Beynəlxaq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

 

İyulun 23-də cüdoçudan götürülən dopinq testin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

 

İdmançı həmçinin B nümunəsnin nəticələrini də tələb etmək hüququna malikdir.

 

Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.