18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunda ilk oyununa çıxıb.

 

Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirə Moldova ilə görüşlə start verib. Komandamız rəqibə qalib gəlib.

 

Qeyd edək ki, millimiz sabah Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

 

Avropa çempionatı, C divizionu
B qrupu, II tur
24 iyul
Moldova – Azərbaycan - 76:87 (23:27, 15:28, 16:17, 22:15)

Tomorr Sinani İdman Sarayı