"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 14-cü turunun növbəti oyunu baş tutub. Sport24.az xəbər verir ki, "Xəzri" qələbə üzünə həsrət qalan "Şəki" ilə qarşılaşıb.

 

Paytaxt təmsilçisi rəqibini 94:85 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində "Xəzri" (26 xal) turnir cədvəlində "Sabah"ı (25 xal) geridə qoyaraq vahid lider olub.

 

Qeyd edək ki, oyunun ən məhsuldar basketbolçular "Xəzri"dən Yusuf Mohamed (23 xal, 6 ribaund), "Şəki"dən Pol Dibal (23 xal, 6 ribaund) olublar.