20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 19-cu yer uğrunda matça çıxacaq.

 

Milli Rumıniyada təşkil olunan yarışda Ermənistanla qarşılaşacaq. 

 

Qeyd edək ki, komandamız yarışda keçirdiyi 5 oyunun hamısında uduzub.

 

U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, 19-cu yer uğrunda
21 iyul
14:00. Azərbaycan - Ermənistan

Piteşti İdman Zalı