"Sumqayıt" amerikalı basketbolçu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı Jaaqo Aban Kalakonla mövsümün sonunadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, 196 sm boya malik forvard indiyə qədər ölkəsində "Olney CC", "Triton College", "Vestern Illinois", Finlandiyanın "Oulu" və "Aanekosken Huima" komandalarında çıxış edib.