Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, günün ilk matçında "Quba" "Sumqayıt"ı qonaq edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 107:90.
Günün ikinci görüşündə "Şəki" "Sabah"la üz-üzə gələcək.
Qeyd edək ki, VIII turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məyus yola salıb.