FİBA Avropa kubokunda 2023/24 mövsümünün təsnifat mərhələsində iştirak edəcək "Sabah"ın oyunlarını keçirəcəyi matçların başlama vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionunun oyun təqvimi belədir: 

 

2 sentyabr

19:30 “Donar” (Qroningen, Niderland) – “Sabah” 

3 sentyabr

22:30 “Sabah” – “Rabotniçki” (Skopye, Şimali Makedoniya)

5 sentyabr

“Rapid”(Buxarest, Rumıniya) – “Sabah” 19:30

 

Qrup mərhələsinin görüşləri Şimali Makedoniyanın paytaxtl Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutacaq. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.