"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda bu gün növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, "bayquşlar" IV turda Belçikanın "Spiru" komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsiylə başa çatıb – 78:68.
"Sabah" bu komanda ilə Belçikada baş tutan görüşdə uduzub – 81:82. Azərbaycan təmsilçisi digər görüşlərdə "Marussi"yə (Yunanıstan) 70:82, "Norrçepinq"ə (İsveç) isə 70:74 hesabıyla uduzub.