"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün sonuncu oyununa çıxıb. Sport24.az xəbər verir ki, "bayquşlar" 7-8-ci yerlər uğrunda Türkiyənin "Tofaş" komandası ilə qarşılaşıb.

 

Matç Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb – 86:60.


Komanda Azərbaycan basketbolu tarixində ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 12 komanda arasında 7-ci olub.