Misli Premyer Liqasının 27-ci turu Tovuzda yekunlaşacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" "doğma divalar" arasında "Sumqayıt"ı qəbul edir.

 

Bir ayağı ilə avrokuboklarda olan meydan sahibləri uzun fasilədən sonra yenidən doğma rayona qayıdıb. Bu səbəbdən heç şübhəsiz ki, bu gün Tovuz stadionunda anşlaq olacaq. Kurban Berdıyevin "boz qurdlar"ının tovuzluları sevindirmək, qarşıya qoyulan hədəfə bir addım da yaxınlaşmaq üçün meydana qələbə üçün üçün çıxacağı heç kimdə şübhə doğurmur. Çempionatda heç bir iddiası qalmayan "Sumqayıt" isə bu görüşdə 10 oyunluq qələbəsiz seriyaya son qoymağa çalışacaq.

 

Qeyd edək ki, Misli Premyer Liqasının 28-ci turuna aprelin 17-də start veriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXVII tur

18:00. "Turan Tovuz" - "Sumqayıt" 1:0 (Birinci hissə)

Qol: F. Ozobiç, 9.

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz. Şəhər stadionu.

 

"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 99. Vadji İbrahima 9. Coş Cinnelli

Baş məşqçi: Kurban Berdiyev 

"Sumqayıt": 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 95. Nsana Simon 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 25. Abdul Raşid Mumini