Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 27-ci tur yekunlaşacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

 

Günün ilk matçı Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir. Meydan sahibləri bu oyun ərəfəsində 19 xalla 11-ci, qonaqlar isə 23 xalla 9-cu pillədə qərarlaşıb. Hər iki komanda təhlükəli zonada olduğu üçün bu görüş istər "Qəbələ", istərsə də "İmişli" üçün həyatı əhəmiyyət daşıyır. "Qırmızı-qaralar" sahibləri qalib gələcəyi halda hesabat turunda məğlub olan "Kəpəz"i ötərək 10-cu yerə yüksələcək. "Pələnglər" səfərdən 3 xalla dönəcəyi təqdirdə isə təhlükəli zonadan bir qədər uzaqlaşaraq rahat nəfəs ala biləcək.

 

Qeyd edək ki, oyunun start fiti saat 15:30-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXVII tur

15:30. "Qəbələ" - "İmişli" 0:1 (İkinci hissə)

Qol: D. Rollo, 45.

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ. Şəhər stadionu.

 

"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare

Baş məşqçi: Kaxaber Tsxadadze 

 

"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 20. Nazim Hüseynov 6. Yau Mozes

Baş məşqçi: Jorj Kaşkilya