Misli Premyer Liqasının 27-ci turu Tovuzda yekunlaşacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" "doğma divalar" arasında "Sumqayıt"ı qəbul edir.
Bir ayağı ilə avrokuboklarda olan meydan sahibləri uzun fasilədən sonra yenidən doğma rayona qayıdıb. Bu səbəbdən heç şübhəsiz ki, bu gün Tovuz stadionunda anşlaq olacaq. Kurban Berdıyevin "boz qurdlar"ının tovuzluları sevindirmək, qarşıya qoyulan hədəfə bir addım da yaxınlaşmaq üçün meydana qələbə üçün üçün çıxacağı heç kimdə şübhə doğurmur. Çempionatda heç bir iddiası qalmayan "Sumqayıt" isə bu görüşdə 10 oyunluq qələbəsiz seriyaya son qoymağa çalışacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının 28-ci turuna aprelin 17-də start veriləcək.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
18:00. "Turan Tovuz" - "Sumqayıt"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz. Şəhər stadionu.