Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda "Əl-Nəsr" "Əl-Ohdu"du məğlub edib. Sport24.az xəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Kriştiano Ronaldo 15-ci dəqiqədə hesabı açaraq karyerasında 968-ci qolunu vurub. Joao Felix isə ikinci hissənin əvvəlində görüşdə son nöqtəni qoyub. 

 

Qeyd edək ki, "Əl-Nəsr" ardıcıl 14-cü qarşılaşmada meydandan qələbə ilə ayrılaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb. 41 yaşlı Ronaldo isə bu mövsüm 24 oyunda 24 qol vurub.